Эта вакансия была опубликована более 40 дней назад...
0

кандидаты

Full-time Sosial təminat siyasəti şöbəsi Dövlət sosial yardım siyasəti sektoru məsləhətçi vəzifəsi

в Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Расположение: Баку

Vəzifənin kodu: 104002
İş yerinin ünvanı: Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi 85
İnzibati vəzifənin təsnifatı: 6-cı təsnifat
Vəzifə maaşı: 400 manat
Qulluq funksiyaları:
· sektora daxil olan məktub, ərizə və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılması
· sektorun fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsinin öyrənilməsi, seminar və müşavirələrdə, pilot layihələrinin keçirilməsində iştirak edilməsi
· sosial yardımla bağlı mövcud qanunvericilik aktları və təlimatı-metodiki göstərişlərin layihələrinin hazırlanmasında iştirak edilməsi
· peşəkarlıq səviyyəsinin və səriştəsinin artırılması məqsədilə Nazirlik və digər dövlət qurumları tərəfindən keçirilən müxtəlif təlim-tədris və akademik kurslarda iştirak edilməsi
· Nazirliyin digər strukturlarından zəruri məlumat və sənədlərin alınması
· sektora şöbənin əsasnaməsi ilə həvalə olunmuş digər funksiyaların həyata keçirilməsində iştirak edilməsi və s.
Vəzifənin tutulması şərtləri:
· təhsil: iqtisadiyyat və idarəetmə, hüquqşünaslıq, beynəlxalq hüquq, sosiologiya və psixologiya ixtisas istiqamətləri üzrə ali təhsil
· kompüter bilikləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (yüksək səviyyədə)
· xarici dil bilikləri: rus dili (orta-yüksək səviyyədə), ingilis dili (orta səviyyədə)
İmtahan testinin quruluşu:
· Dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi biliklər və Azərbaycan dili üzrə proqram (6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə). (Test imtahanı proqramını yükləyin)
· Qanunvericilik üzrə proqram (6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə). (Test imtahanı proqramını yükləyin)
· İnformasiya texnologiyaları üzrə proqram (6 və 7-ci təsnifat inzibati vəzifələr üzrə). (Test imtahanı proqramını yükləyin)
· Məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üzrə metodiki vəsait. (Metodiki vəsaiti yükləyin)
Xüsusi qabiliyyətlərə dair tələblər:
· problem həlletmə və qərarvermə: problemlər qarşısında özünü itirməmək, problemin səbəbini, kökünü təyin etmək, məlumatlar və faktlar əsasında düzgün mühakimə yürütmək, onun həllinə obyektiv yanaşaraq həmin problemi həll etmək və düzgün qərar qəbul etmək qabiliyyəti
· təşkilatçılıq: ona tapşırılmış işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi ilə əlaqədar özünün və tabeliyində olan ehtiyatları məqsədlərə doğru düzgün istiqamətləndirə bilmək qabiliyyəti
· şifahi və yazılı ünsiyyət: fikir, rəy və hissləri şifahi nitq, yazışmalar və hərəkətlər vasitəsilə ifadə etmək qabiliyyəti
· yaradıcılıq və təşəbbüskarlıq: məsələlərin həlli və icrası üçün yeni təkliflər vermək, fikirlər irəli sürmək, onları həyata keçirə bilmək, gündəlik işlərdən əlavə işlər görməyə təşəbbüs göstərmək qabiliyyəti

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar
aşağıdakı sənədləri təqdim etməlidirlər:

Müsabiqədə iştirak etmək üçün vətəndaşlar müraciət Formasını 4 oktyabr 2011-ci il tarixdən 3 noyabr 2011‑ci il tarixdə saat 18:00‑dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət Forması elektron, şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Test mərhələsində iştirak etmək üçün "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması" doldurularaq təqdim edilməlidir.

Qeyd:
· Onlayn müraciət formasını doldurmaq üçün Komissiyanın internet saytındakı “onlayn müraciət forması” bölməsindən istifadə etmək lazımdır.
· "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”-nı komissiyanın saytından əldə edə bilərsiniz.
· 1975-ci ilə qədər ali təhsil müəssisələrinə daxil olmuş namizədlər tələb olunan Formanın doldurulması üçün Komissiyaya diplomun əsli ilə müraciət etməlidirlər.
· Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 6.3-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab verməyən, habelə bilərəkdən yanlış məlumatlar vermiş namizədlər müsabiqədən kənarlaşdırılırlar.

Müsabiqə test imtahanı və müsahibədən ibarətdir.
Test imtahanının proqramları ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytından tanış olmaq olar.
Test imtahanında hər namizədə 100 test tapşırığı (dünyagörüşü-dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, dili, mədəniyyəti, müasir beynəlxalq münasibətləri üzrə biliklərin yoxlanılması üçün 15, qanunvericilik üzrə biliklərin yoxlanılması üçün 40, informasiya texnologiyalarından istifadə üzrə biliklərin yoxlanılması üçün 15 və məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün 30 test tapşırığı) təqdim edilir. İmtahanda namizədə təqdim edilən test tapşırıqlarına verilmiş hər bir düzgün cavab 1 balla qiymətləndirilir.
İnzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələrə iddia edən namizədlər təqdim olunmuş 100 test tapşırığından ən azı 75 faizini düzgün cavablandırdıqda imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və müsahibə mərhələsinə buraxılır.
İnzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrə iddia edən namizədlər təqdim olunmuş 100 test tapşırığından ən azı 70 faizini düzgün cavablandırdıqda imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və müsahibə mərhələsinə buraxılır.
İnzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün keçid balını toplamış namizədlər vəzifənin tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması üçün keçirilən müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün test imtahanı nəticələrinin Komissiyanın internet saytında yerləşdirildiyi gündən etibarən 10 iş günü müddətində ümumi qaydada tələb olunan sənədləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edə bilərlər.
Namizədlər test imtahanının keçirilmə vaxtı və yeri haqqında məlumatları Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında www.csc.gov.az (və ya www.dqmk.gov.az) yerləşdiriləcək test imtahanı qrafikindən əldə etməlidirlər.
Müsabiqəyə təqdim edilmiş vəzifələrin qulluq funksiyaları haqqında məlumat Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) internet saytında yerləşdirilmişdir.
Qeyd:
· Test imtahanına gələn namizəd özü ilə mütləq şəxsiyyətini təsdiq edən sənədinin əslini (şəxsiyyət vəsiqəsi, müvəqqəti şəxsiyyət vəsiqəsi və ya pasport) gətirməlidir. Şəxsiyyəti təsdiq edən sənəd olmadıqda və ya etibarsız olduqda namizəd imtahana buraxılmır.

Test imtahanından uğur qazanmış namizədlər müsahibədə iştirak etmək üçün test imtahanı nəticələrinin Komissiyanın internet saytında yerləşdirildiyi gündən etibarən 10 iş günü ərzində aşağıdakı sənədləri Komissiyaya təqdim etməlidirlər:
· ərizə
· şəxsiyyəti təsdiq edən sənədin surəti
· kadrlar uçotunun şəxsi vərəqəsi
· ali təhsil haqqında sənədin surəti
· əmək kitabçasının surəti
· ixtisas dərəcəsini təsdiq edən sənədin surəti (olduğu təqdirdə)
· sağlamlıq haqqında arayış
· rəngli fotoşəkil 2 ədəd (ölçüsü 4 x 6)

Qeydlər:
· Şəxsiyyəti təsdiq edən sənədin surəti notarial qaydada, ali təhsil haqqında sənədin surəti notarial qaydada, əmək kitabçasının surəti notarial qaydada və ya şəxs işlədiyi halda şəxsin hazırda işlədiyi təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən sənədin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq edilməlidir.
· “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin ikinci hissəsinə əsasən barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları bir il ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar. Dövlət qulluqçuları barələrində intizam tənbeh tədbirinin tətbiq edilməməsi ilə bağlı qulluq keçdikləri dövlət orqanının kadr qurumunun arayışını təqdim etməlidirlər.
· 1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.
· Qanunvericiliklə başqa hal nəzərdə tutulmadıqda yalnız son 6 ay ərzində verilmiş sağlamlıq haqqında arayış qəbul edilir.
· Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və hazırkı dövrü əks etdirməlidir.
· Fotoşəkillərin hamısı eyni olmalı və hazırkı dövrü əks etdirməlidir.
· Namizədlər sənədlərini nəzərdə tutulmuş müddət daxilində poçt vasitəsi ilə də göndərə bilərlər.
Müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında yerləşdiriləcəkdir. Namizədlər bu məlumatları Komissiyanın www.csc.gov.az (və ya www.dqmk.gov.az) saytından əldə etməlidirlər.
Müsahibə namizədin 4 meyar (bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü və zəruri olan şəxsi keyfiyyətləri) üzrə qiymətləndirməklə vəzifəyə uyğunluğunu müəyyən etmək məqsədi daşıyır. Müsahibədə hər bir meyar üzrə namizədə minimum 2, maksimum 5 bal verilir. Müsahibənin yekun nəticələri üzrə namizəd maksimum 20 bal toplaya bilər. Keçid balı 16-dır.
Əlaqə telefonları: Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Dövlət qulluğuna kadrların seçilməsi şöbəsi, (012) 465 87 93/94/97 (daxili:124, 127, 128)


Последние вакансии Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Full-time Baş Məşğulluq İdarəsi Laçın rayon Məşğulluq Mərkəzi baş məsləhətçi Компания: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Расположение: Лачин 09-10-2011
Full-time Naftalan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi məsləhətçi (kompüter proqramlarının tətbiqi üzrə) Компания: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Везде 09-10-2011
Full-time Xocalı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi baş mühasib Компания: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Расположение: Ходжалы 09-10-2011
Full-time Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi Sosial məişət xidməti sektoru aparıcı məsləhətçi Компания: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Расположение: Дашкесан 09-10-2011
Full-time Füzuli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi Mühasibat uçotu sektoru məsləhətçi Компания: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Расположение: Физули 09-10-2011

« Назад
Это вакансия или спам? Пожаловаться!   
Порекомендовать другу
Опубликовано в 09-10-2011
Просмотров: 1476